Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Keçmiş polis əməkdaşı rəis qudası ilə əlbir olub vətəndaşlara zülm edir

Azərbaycanda məmur özbaşınalığı davam etməkdədir. Bu məsələ dəfələrlə ən yüksək postlarda oturan şəxslər tərəfindən etiraf edilib. 

Amma yenə da bu özbaşınalıq davam edir. Məmurların övladları, onların yaxınları, iş adamları  ölkədə ağlagəlməz özbaşınalıqlar edirlər. Dəfələrlə deyilməsinə baxmayaraq, bu kimi proseslərin tam qarşısını almaq hələ də mümkün olmayıb. Vəziyyət o həddə çatıb ki, artıq qeyd olunan məsələ ilə bağlı müvafiq göstəriş vermiş aidiyyəti dövlət qurumları rəhbərlərinin tapşırıqları da həyata keçirilmir. Kürdəxanı qəsəbəsi Ləhiş bağlarında torpaq sahəsi olan bir neçə vətəndaşın başına gətirilən oyunlar bunu bir daha sübut edir. Redaksiyamıza ünvanlanmış növbəti şikayət məktubunda söhbət açılan problemi sizin də diqqətinizə çatdırmağı lazım bildik.  

 

Xatırlayırsınızsa, 2014-cü ildə Kürdəxanı qəsəbəsi Ləhiş bağlarında qəribə olay baş vermişdir. Belə ki,  Bakı şəhər sakinləri Orxan Bünyatzadə, Səkinə Həsənova, Vahid Cavadov, Məmməd Məmmədov, Elbrus Həsənov, Arif İbrahimov, Gülsəba Muradova və İlham Muradov və digərlərin həmin ərazidə yerləşən torpaq sahələrinin hasarları naməlum şəxslər tərəfindən uçurulmuşdur. Bu barədə xəbər mətbuat səhifələrində ətraflı işıqlandırılmışdır. Zərərçəkənlər o vaxt çıxış yolunu daxil iişlər naziri Ramil Usubova müraciət etməkdə görmüşdülər. Nəticədə qısa müddətdən sonra daxili işlər nazirinin müvafiq göstərişi əsasında xüsusi əməliyyat tədbirləri keçirilmiş və Bərdə rayon sakini 1982-ci il təvəllüdlü Rüfət Mahmudov, Ucar rayon sakinləri 1978-ci il təvəllüdlü Məmiş Beydullayev, 1981-ci il təvəllüdlü Durmuş Hacıyev və 1961-ci il təvəllüdlü Abbas Abbasov həbs edilmiş və zərərçəkmişlərin hasarları bərpa edilmişdir. Təqsirləndirilən şəxslər verdikləri ifadə zamanı törətdikləri cinayəti etiraf etmiş, Kürdəxanı qəsəbəsi Ləhiş bağlarında yerləşən torpaq sahələrinin hasarları polis polkovnik-leytenantı İbrahim İbrahimovun göstərişi ilə uçurduqlarını bildirmiş və həmin şəxs hüquq-mühafizə orqanlarından kənarlaşdırılmışdır. Amma naməlum səbəblərdən bu cinayətkar dəstənin üzvləri bir müddətdən sonra azadlığa buraxıldılar və onların başçısı İ.İbrahimova qarşı heç bir tədbir görülməyib. Beləcə, daxili işlər naziri Ramil Usubovun verdiyi tapşırıq sonadək yerinə yetirilməmiş qaldı. Redaksiyamıza müraciət edən paytaxt sakinləri indi yenidən həmin torpaqları itirmək təhlükəsi ilə üzləşiblər. Belə ki, 2014-cü ildə cinayətkar dəstəyə bir neçə vətəndaşın hasarını sökmək göstərişi vermiş keçmiş polis polkovnik-leytenantı İbrahim İbrahimovun bir neçə gün əvvəl həmin şəxsi torpaqlara yiyələnmək iddiası ilə yenidən Sabunçu rayon məhkəməsinə müraciət edib. Vətəndaşların sözlərinə görə,  bu özbaşınalıqları həyata keçirən İbrahim İbrahimovu himayə edən şəxs onun qudası - Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasovdur. Qohumunu vəzifə səlahiyyətlərindən istifadə edən bu şəxs Orxan Bünyatzadə, Səkinə Həsənova, Vahid Cavadov, Məmməd Məmmədov, Elbrus Həsənov, Arif İbrahimov, Gülsəba Muradova, İlham Muradov və digərlərin Ləhiş bağlarında yerləşən torpaqlarını əllərindən alacağımızı bildirir. O, bütün dövlət orqanlarının, mötəbər ali qurumların tapşırıqlarını saymır, heç nədən çəkinmədiyini açıq şəkildə nümayiş etdirir. İbrahim İbrahimov kimi insanlar demokratik ölkədə vətəndaş hüquqlarını pozmaqla yanaşı, həm də hüquq-mühafizə orqanlarının adına ləkə gətirir. 

Zərərçəkmişlərdən biri olan Orxan Bünyadzadə bizə ünvanlandırılan məktubda qeyd edir: “Barəsində söhbət gedən ərazilərin sahibləri, yəni zərəçəkmişlərin hamısı hüquq-mühafizə orqanlarının əməkdaşıdır. Hamımızın əlində  bələdiyyə sənədi var. 2014-cü ilə kimi torpaqlarımızın əlimizdən alınacağı heç ağlımıza gəlməyib. Həmin ilin payız aylarında mən rayonda olarkən qonşular zəng vurub hasarımın uçurulduğunu dedilər. Təcili Bakıya qayıtdım. O zaman gördüklərimdən dəhşətə gəldim. Mənimlə yanaşı, bir neçə vətəndaşın torpaq sahələri ətrafındakı iki metr hündürlüyündə olan hasarlar sökülmüşdü. Dərhal aidiyyəti qurumlara xəbər verdim. Daxili işlər naziri Ramil Usubovun göstərişi ilə əməliyyat-istintaq qrupu yaradıldı. Qısa araşdırmadan sonra polis əməkdaşı olan İbrahim İbrahimov adlı şəxs cinayəti törətdiyini etiraf etdi. Bizim hamımızdan üzr istədi,dəymiş zərəri ödəməyə hazır olduğu bildirdi. Söklümüş hasarlara görə 14 min manat ödədi. Sonra onu hüquq-mühafizə orqanlarından uzaqlaşdırdılar. Bizə məlum olmayan səbəblərdən təxminən bir ay sonra istintaq qəfil dayandırıldı. Amma hasarlarımız bərpa olunduğu üçün biz bu məsələnin dərinliyinə getmədik. Təxminən bir ildən sonra İbrahim İbrahimovun qudasının Sabunşu Rayonu Polis İdarəsinə rəis təyin edildiyini eşitdik. İbrahim İbrahimov orda-burda torpaqlarımızı əlimizdən alacağını, qudasının əli ilə başımıza oyun açacağını deyirdi. Amma bütün sənədlərimiz qaydasında olduğu üçün yenə də söz-söhbətə əhəmiyyət vermədik. Bir ay əvvəl onun məhkəmədə bizə qarşı iddia qaldığını öyrəndikdə isə artıq səbrimiz daşdı. Məhkəmə yalan ifadə verərək, guya həmin ərazidəki torpaqların ona məxsus olduğunu deyib. Bu ağ yalandır. Əgər günahı yox idisə, niyə o zaman işdən uzaqlaşdırıldı, əməlini etiraf etdi, üzr istədi, dəymiş zərəri ödədi? Bizim hamımızın əlində bələdiyyə sənədi var. Bu boyda yalan olmaz. İndi bütün günümüz məhkəmələrdə keçir. Ümidimiz yenə də hörmətli nazirimiz Ramil Usubovadır. Onun yenidən məsələyə qarışacağını və bu problemin birdəfəlik həll olunacağını gözləyirik”. 

Şübhəsiz ki, sadə vətəndaş bu cür azğınlaşmış məmurlarla  təkbaşına mübarizə aparmaq iqtidarında deyil. Məhz bu məqsədlə onlar ölkə başçısına və daxili işlər nazirinə müraciət edərək yardım istəyirlər. Onlar üzləşdikləri məmur özbaşınalığına son qoyulması, pozulmuş hüquqularının bərpa edilməsi və illərdir onlara olmazın əziyyətini verən  İbrahim İbrahimovun layiqincə cəzalandırılması üçün dövlət başçımızın aidiyyəti qurumlara müvafiq göstərişlər verəcəyinə,  İbrahim İbrahimov və onun ətrafındakı cinayətkar qrupun dövlətçiliyə qarşı təxribat əməlləri cavabsız qalmayacağına ümid bəsləyirlər. 

Əslində həqiqətən də Azərbaycanda məmur özbaşınalığının qarşısının alınmamasının yeganə səbəbi cəzasızlıqdır. İbrahim İbrahimov kimi şəxslər vaxtında layiqincə öz cəzalarını alsalar, heç bir məmur onların yol verdikləri səhvləri növbəti dəfə təkrararlamağa cürət etməz. Məşhur bir təmsil var. Şir, tülkü və canavar ovu bölmək istəyir, canavar “ədalətli” bölgü edəndə şir onun dərisini boğazından çıxarır. Sıra tülküyə gələndə o, ovların hamısını şirə verir. Şir soruşandakı bu ədalətli bölgünü hardan öyrəndin, tülkü ölmüş canavarı göstərib deyir ki, dərisi boğazından çıxarılmış canavardan... Bax redaksiyamıza şikayət ünvanlayan hüququları pozulmuş paytaxt sakinlərinin də indi belə ədalətli bölgüyə ehtiyacı var. 

Опубликовано: 28 Ноябрь, 2016 20:00 | Просмотров: 1542 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo