Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Odda ynamaz, suda batmaz “oliqarx”ın acınacaqlı sonu

Artıq bir müddətdir ki, adı mətbuatda Eldar Mahmudov və akif Çovdarovun tikinti dələduzu kimi hallanan İlqar Qasımov barəsində ilginc faktlar ortaya çıxıb. Minlərlə insanın evsiz-eşiksiz qalmasına səbəb olan “iş adamı” hazırda dəmir barmaqlıqlar arasında olsa da, onun törətdiyi əməllər haqda, demək olar ki, hər gün yeni faktlar üzə çıxır. 


Ən maraqlısı isə zərərçəkmişlərin cəmiyyətdə yetərincə nüfuza sahib şəxslər olmasıdır. Bu siyahıda Yasamal rayonu polis idarəsi, DYP bölməsinin sabiq rəisi polkovnik Elxan Şixəliyev, polkovnik Rövşən Məhərrəmov, Daxili İşlər Nazirliyinin bəzi əməkdaşları, Nəsimi rayon məhkəməsinin hakimi, Fövqəladə Hallar Nazirliyinin üç əməkdaşı, prokurorluq orqanının üç əməkdaşı, xarici ölkələrin iş adamları, bir neçə türkiyəli investor, hətta tanınmış əcnəbi iş adamlarının da adı var. Artıq üzə çıxan bəzi faktlara görə,  İlham Qasımov Hüseynova Kəmalə Həsən qızından 53.566 manat, Muradov Sahib Ağamusa oğlundan 76.800 manat pul alıb, ev almaq üçün alqı-satqı müqaviləsinə imza atıb, lakun sadə vətəndaşlara nə ev verib, nə də onların pullarını qaytarıb. Bütün bunlar azmış kimi, o, Muradov Sahib Ağamusa oğluna 14 aprel 2011-ci ildə müqavilə ilə satdığı evi 27 aprel 2012-ci ildə 117.900 manata Məmmədov Kamal Yüzbaşı oğluna satıb. Bundan ötrü tələb olunan saxta sənədləri isə kooperativin sədri vəzifəsini icra edən Davıdova Günay Salman qızına imzaladıb. 

Qeyd olunan saxtakarlıqlarda İlham Qasımova bacısı oğlu “partnyorluq” edib. Belə ki, hazırda "Real" MTK-nın təsisçisi və sədri oaln İlham Qasımovun bacısı oğlu Cahangirli Sahil dələduzluq yolu ilə əldə etdiyi pulları bankdan çıxararaq dayısına təqdim edirmiş. “Real” MTK vasitəsilə qanunsuz işlər həyata keçirən qohum-əqrəba siyahısı təkcə Cahangirli Sahildən ibarət deyil. Belə ki, İlham Qasımovun qızı Asiman Abdiyeva  25 faiz səhmin, həyat yoldaşı Arifə Qasımova isə 19 faiz payın sahibidir. 

Nə qədər təəccüblü səslənsə də, İlham Qasımovun qurbanları arasında hüquq-mühafizə orqanlarının əməkdaşları da var. Onlar bu günə kimi nə ona verdikləri pulu geri ala biliblər, nə də ev almağa müvəffəq olublar. Məsələn, Penitensiar xidmətinin rəisi Ceyhun Həsənov da vaxtilə İlham Qasımovun dələduzluğuna qurban gedib. Altıotaqlı mənzilə almaq fikrinə düşən  Ceyhun Həsənov İlham Qasımova 500.000 manat pul verib. Əvəzində isə it də gedib, ip də.  Onun törətdiyi cinayətləri ört-basdir edən isə, deyilənlərə görə, o vaxtlar xüsusi şöbənin rəisi vəzifəsində çalışmış mərhum Rasim Musayev olub. Onu hər kəs İlham Qasımovun hamisi kimi tanıyıb. Pullarının çoxunu kazinolarda itirən, hazırda Kürdəxanıdakı təcridxanada saxlanılan İlham Qasımov bu günün özündə bir çox məmurlara, hüquq- mühafizə orqanı işçilərinə hədə-qorxu gəlməkdə davam edir, onlara şantaj dolu mesajları göndərir. O, hamının adını Eldar Mahmudovla hallandıraraq, özünün sabiq MTN naziri ilə əlaqələrini ört-basdır etmək istəyir. Lakin unudur ki, "Sahil-D Kompani" MMC ərazisində yerləşən binanın birinci mərtəbəsində Eldar Mahmudovun oğlu Anar Mahmudovun adına hədiyyə etdiyi obyektdən hamı xəbərdardır

Hazırda dəmir barmaqlıqlar arasında olan İlham Qasımovun əməllərindən Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə daxil olan şikayətlərin sayı-hesabı yoxdur. Sentyabrın 2-ə olan statistikaya görə, respublikanın müxtəlif rayonlarında İlham Qasımovun əməlləri barədə yazılan ərizələrin sayı otuza yaxındır.  Ən çox şikayət ərizələri isə Binəqədi, Nərimanov, Nəsimi və Beyləqan rayonlarında cəmlənib. Səkkiz epizoddan, on üç cilddən ibarət olan cinayət işi artıq Ağır Cinayətlər üzrə Respublika məhkəməsinə göndərilib. 

Bəli, bu gün İlham Qasımov həbsdədir. Məhkəmənin qərarı ilə İlham Qasımovun qızı Asiman Abdiyevanın adına olan Şüvalandakı bağ evinə, 10 GB 010 dövlət nömrə nişanlı "İnfiniti QX56" markalı , 90 SP 094 nişanlı "Hyundai Sonata" markalı , 90 FS 895 dövlət nömrə nişanlı "Mercury Cougur" markalı, 90 FS 879 dövlət nişanlı "Opel Speedster" markalı avtomobillərinə, həmçinin həyat yoldaşı Qasımova Kəmalə Kamil qızının adına Şüvalandakı bağ evinə, Nəsimi rayonunda olan iki yaşayış binasındakı evlərə, bir neçə xarici markalı maşınlara həbs qoyulub. Təcrübə onu göstərir ki, İlham qağa səkkiz epizodda cəzalanaraq 15-20 il iş alacaqdır. Amma o, öz insanlıqlarını ömürlük həbsə məhkum ediblər. Hər gün minlərlə insan ona qarğış yağıdırır, lənətləyir. O günahsız qurbanların ah-naləsi İlham Qasımovu  mütləq tutacaq.

Опубликовано: 20 Сентябрь, 2016 12:01 | Просмотров: 779 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo