Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

“Həmin məmurlar xalqın düşmənidir”

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən böyük torpaq sahələrinin daha da səmərəli şəkildə dövriyyəyə buraxılacağını bildirib. Ölkə başçısı qeyd edib ki, məsələ ilə bağlı bu il çox ciddi təftiş aparılır:

“Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir”.

 

XəzərNews.az xəbər verir ki, Modern.az-a açıqlamasında məsələyə münasibət bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib ki, Azərbaycanın başqa dövlətlərlə müqayisədə əkinə yararlı torpaqları o qədər də çox deyil: “Cənab Prezident çox haqlı olaraq irad tutdu ki, bəziləri 99 illik müqavilə ilə hektarlarla əkinə yararlı torpağı çəpərləyib. Burda 5-10 sotdan söhbət getmir. Söhbət məmurlar, oliqarxlar tərəfindən 500-1000 hektarlarla torpaq sahələrinin hasarlanmasından gedir.

 

2015-ci ilin sonu 2016-cı ilin əvvəlində qanuna edilən dəyişikliklə torpağı əkməyən sahibkarların cəzalanacağı müəyyən edildi.

 

Bu gün əkin adı ilə torpaqlarda evlər tikirlər, imarətlər ucaldırlar. Bu baxımdan ölkə başçısının iradları çox yerindədir. Və Prezidentin də vurğuladığı kimi, torpaqlar geri qaytarılmalı, həmin adamlar cəzalandırılmalıdır”.

 

Sədr müavini İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahədə gərgin işlər aparıldığını bildirib: “Məhz onların araşdırması nəticəsində əkilməyən torpaqlar aşkarlanıb. Bir tərəfdən deyirik ki, əkilməyən torpaqlarda meliorasiya, irriqasiya işləri aparaq. Halbuki, bizim əkinə yararlı torpaqlarımız hasarlarda qalıb. Mən hesab edirəm ki, həmin məmurlar xalqın düşmənidir”.

Опубликовано: 20 Сентябрь, 2016 11:58 | Просмотров: 493 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo