Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

İki qardaş – iki strateji ortaq

Türkiyə və Azərbaycan... Oğuz soyundan gələn iki qardaş... Biri Xəzər dənizi sahillərində, o biri isə Anadoluda mədəniyyət qurmuş və tarixə damğa vurmuş böyük dövlət...


Türkiyə və Azərbaycan xalqlarını bir-birinə bağlayan qədim tarixi köklər hər zaman münasibətlərimizi və onun inkişaf yollarını şərtləndirən əsas amil kimi çıxış edib. Eyni soykökdən olmağımız, dil, din, mədəniyyət birliyimiz qarşılıqlı əlaqələrimizin inkişafı üçün tarixin bütün dönəmlərində münbit şərait yaradıb.  Hələ XX əsrin əvvəllərində Türkiyə və Azərbaycan həmrəyliyi Bakını düşmən işğalından azad etmişdir. 1918-ci ildə öz ölkəsini təhlükə qarşısında qoyaraq Azərbaycan Xalq Cümhuriyyətinin köməyə gəlmiş Türk Ordusunun qətiyyətli yürüşü bütün dünya xalqlarını təəccübləndirmişdir. Şanlı qələbə ilə başa çatan bu yürüş qardaşlığın, birliyin şərəfli salnaməsinə çevrilərək tarixə qızıl hərflərlə yazıldı. 

İki qardaş ölkə arasında genişmiqyaslı münasibətlərin ən önəmli mərhələsi  1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa etdikdən sonra başladı. Təsadüfi deyilki, Türkiyə Cümhuriyyəti respublikamızın müstəqilliyini tanıyan ilk ölkə oldu. Bakıda ilk diplomatik nümayəndəlik açan ölkə də məhz qardaş Türkiyə idi. 1992-ci il yanvarın 14-də rəsmi Ankara Azərbaycan ilə diplomatik əlaqələrini səfirlik səviyyəsinə yüksəltdi.  Xüsusilə qeyd edilməlidir ki, iki ölkə arasındakı münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Türkiyə ilə Azərbaycanı “Bir millət, iki dövlət” adlandıran türk dünyasının böyük oğlu Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olduğu 1992-ci ildə Türkiyə rəhbərliyi ilə birlikdə Qars müqaviləsini yenidən imzalamış, Araz çayı üzərində  “Həsrət” və “Ümid” körpüsü adlandırılan keçid məntəqəsinin istifadəyə verilməsini təmin etmişdir. 

Heç şübhəsiz ki, regionumuzda sülhün və təhlükəsizliyin, sürətli inkişafın təmin edilməsi,  qlobal əhəmiyyətli layihələrin hazırlanıb həyata keçirilməsi üçün Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafı böyük əhəmiyyətə malikdir. Bu iki xalq arasındakı birlik tarixin bütün dövrlərdə regionda cərəyan edən proseslərin müsbət məcraya yönəlməsində əsaslı rol oynamışdır. Həmin tarixi ənənə dünya iqtisadiyyatının ciddi problemlər yaşadığı, bir çox ölkələrin qanlı terrorun qurbanına çevrildiyi bu günümüz üçün də keçərlidir. Etiraf edək ki, hazırda hər iki dövlət həm siyasi, həm də iqtisadi baxımdan kifayət qədər ciddi sıxıntılar yaşamaqdadır. Türkiyədə artan terror aktları, daralan iqtisadiyyat,  başkanlıq sistemi müzakirələri, qonşu dövlətlərdə baş verən mürəkkəb olaylar nəticəsində meydana çıxan qaçqın problemi qardaş respublikanı ciddi bir sınaqdan keçirməkdədir. Ermənistanla münaqişənin həllində hələ ki mühüm nəticə əldə olunmadığını, neftin qiymətinin ucuzlaşdığını, iqtisadi böhran nəticəsində işsizliyin ciddi problemə çevrildiyini nəzərə alsaq, Azərbaycan üçün də asan dövr olmadığını deyə bilərik. Həm Azərbaycan, həm də Türkiyə bütün bu problemlərin üstəsindən gəlmək üçün qardaşlıqla yanaşı, mütləq strateji ortaqlığa da imza atmalıdır. Təbii, iki ölkə arasında müəyyən ticari əlaqələr mövcuddur. Amma etiraf edək ki, bu əlaqələr daha da yaxınlaşa bilər və yaxınlaşmalıdır da.   Azərbaycanla Türkiyə strateji ortaqlıq mövzusunda müəyyən addımlar atsa, o zaman siyasi problemləri daha asanlıqla dəf edə bilərlər.  

Hər iki ölkənin həm hərb, həm də iqtisadi məsələlərdə bir-birindən öyrənə biləcəyi bir sıra incə məqamlar, hər ikisinin böyük təcrübəyə sahib olduğu sahələr var. Məsələn, Azərbaycanın Xəzər dənizindəki toplam dəyəri təxminən 40 milyard ABŞ dolları olan “Şah Dəniz-2” qaz yatağı və Xəzər dənizinin cənubundakı digər sahələrdə istehsal edilən təbii qazın əvvəlcə Türkiyəyə, ardından Avropaya daşınmasını təmin edən Trans-Anadolu Qaz Boru Kəməri layihəsi məhz belə önəmli məqamlardandır. Düz 4 il bundan əvvəl - 2012-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri zamanı keçirilən görüşlər, aparılan müzakirələrdən sonra ölkələrimiz, regionumuz və hətta Avropa və dünya üçün mühüm əhəmiyyət kəsb edən sənəd - Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Trans-Anadolu Qaz Boru Kəməri  (TANAP) üzrə Hökumətlərarası Müqavilə imzalandı.   Kimsəyə sirr deyil ki, həmin dövrddə artıq uzun müddət idi ki, Xəzərin qaz ehtiyatının Avropa bazarlarına çıxarılması mövzusu dünyanın aktual problemlərindən birinə çevrilmişdi.  Belə bir mərhələdə Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri layihəsinin reallaşdırılması təklifi ilə çıxış etdi. Qüdrətli Türkiyə ilə gündən-günə güclənən Azərbaycan birlikdə bu layihənin həyata keçirilməsi üçün hüquqi bazanı təşkil edən müqaviləni imzalamaqla, Avropa ölkələrini böyük bir problemdən xilas etmiş oldular. Azərbaycan maliyyə baxımından daha əlverişli olan Gürcüstan-Rusiya xəttini deyil, məhz qardaş ölkə olan Türkiyədən keçən xətti qəbul edərək, həm Türkiyənin təbii qaz ehtiyacının bir qisminin qarşılanmasını, həm bu böyük layihənin həyata keçməsini, həm də qazın Türkiyəyə nəqlindən ildə təxminən 250 min ABŞ dolları sabit gəlir əldə edilməsini təmin etdi. 

Bəli, Trans-Anadolu Qaz Boru Kəməri layihəsinə bənzəyən proyektlərin çoxalması ilə iki qardaş ölkə eyni zamanda iki strateji ortağa çevrilir ki, bunun da nəticəsində hər ikisi iqtisadi baxımdan güclənir. Tarix bizə açıq-aşkar sübut edir ki, Azərbaycan və Türkiyə bir çox sahələrdə yanaşı addımlamaqla beynəlxalq arenada daha böyük uğurlara imza atacaq və öz sözünü deyəcəkdir. Azərbaycan - Türkiyə münasibətlərinin inkşafında hər iki tərəf maraqlıdır. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artırması deməkdir. Ona görə də bu iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkşafı zəruridir.

Məqaləni Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini və perspektivlərini özündə dəqiq ifadə edən mükəmməl formulla bitirmək istəyirəm. 


 

Rəhilə Şükürova,

“Şəffaf seçkilər” Monitorinq Mərkəzinin 

internet qəzetinin Türkiyə üzrə müxbiri

Опубликовано: 22 Апрель, 2016 11:23 | Просмотров: 1652 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo