Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Vaqif Əsədov: “Fəaliyyətimin son 11 ilini təbliğat işinə həsr etmişəm”

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədovun müsahibəsi



- Vaqif müəllim, internet saytlarda və sosial şəbəkələrdə tez-tez avtobusların təhlükəli hərəkəti ilə bağlı videoçarxlara rast gəlinir. Bununla bağlı nə kimi tədbirlər görülür?


- Təkcə keçən il avtobus sürüclərinin kobud şəkildə yol hərəkət qaydalarını pozmaları ilə bağlı 18 video yayılmışdı. Bununla əlaqədar tərəfimizdən dərhal araşdırma aparılmışdı. Səhv etmirəmsə, 13 fakt öz təsdiqini tapdığı üçün dərhal həmin sürücü barədə tədbir görülmüş və kütləvi informasiya vasitələrinə məlumat verilmişdir. Eyni zamanda ictimai nəqliyyat vasitələrini idarə edən sürüclər arasında nizam-intizamın qaldırılması üçün ilin əvvəlindən bu günə kimi 750-dən artıq inzibati protokol tərtib edilib. Yol ayırıcılarının keçmə qaydasının pozuntusuna, qarşı hərəkət zolağına çıxma, svetoforun qırmızı işığında hərəkət etmək, yüksəktonlu səs siqnallarından istifadə, sərnişinlərlə dolu avtobusun yanacaqdoldurma məntəqəsinə daxil olma, avtobus duracaqlarından kənarda, ikinci cərgədə, yolların hərəkət hissəsində avtobusların saxlanmasına görə tərəfimizdən mütəmadi tədbirlər davam etdirilib və xeyli protokollar tərtib edilib. Bu gün də bu sahə üzrə iş davam edir. Ancaq yenə də hər kəs öz üzərində işləməli, mədəniyyətli davranmağa çalışmalıdır. 


- Yollarımızda baş verənləri görəndə Azərbaycanda sürücülük mədəniyyətinin çox aşağı olduğunu düşünürsən. Necə hesab edirsiniz, bu problemi tamamilə aradan qaldırmaq mümkündürmü? 


- Əslində sürücülük mədəniyyəti həqiqətən çox aşağı səviyyədədir. Amma yenə də bədbin olmayaq. Uzun illərdir ki, bu sahədə çalışıram. Fəaliyyətimin son 11 ilini təbliğat işinə həsr etmişəm. Ötən illərlə müqayisələr apardıqda, tərtib edilmiş inzibati protokolları təhlil etdikdə, baş vermiş yol qəzalarının sayını gözdən keçirdikdə görürük ki, nizam-intizam getdikcə yüksəlir. Vaxt var idi ki, təhlükəsizlik kəmərlərindən ümumiyyətlə istifadə olunmurdu. Hazırda həm tətbiq edilən cəza məbləğinin yüksəlməsi, həm də həm gündəlik aparılan təbliğat işlərinin nəticəsi olaraq bu gün paytaxtda, ümumiyyətlə ölkə ərasizində təxminən 30-35 faiz sürücü təhlükəsizlik kəmərindən istifadə edir. Bu müsbət göstəricidir. Vaxtilə sükan arxasında telefonla danışmaq adi hal idi. Buna görə cəmi 20 manat məbləğində cərimə tətbiq olunurdu. İndi həmin məbləğin 50 manata yüksəlməsi və aparılan təbliğat işi sayəsində sükan arxasında telefonla danışanların sayı xeyli azalıb. Yüz sürücüdən 6-7 nəfər bu qaydanı poza bilər. Bunun da 50-51 faizini xanımlar təşkil edir. Əvəllər sərxoş halda sükan arxasına əyləşmə hallarına hər addımbaşı rast gəlinirdisə, indi aparılan təbliğat sayəsində bu kimi faktlar azalıb. Cəzaların sərtləşməsi də burda az rol oynamır. Hətta bəzi hallarda hakim tərəfindən sürücülük hüququndan məhrum etmə və ya həbs cəzası belə verilir.  Bir neçə il bundan əvvəl Bakıda indiki qədər avtomobil parkı yox idi. Bu da tıxaca səbəb olurdu. Yadımdadır, 2007-ci ildə üç saat ərzində avtomobil hərəkətsiz halda Fətəli Xan Xoyski, Koroğlu Rəhimov  küçəsində ən güclü tıxac yaranmışdı. Təbii ki, belə tıxac qaydalara məhəl qoymayan sürüclər tərəfindən süni olaraq yaradılırdı. Indi yüz sürücdən 5-6 nəfəri əks istiqamətli yol zolağına çıxa bilər. O da yol polisinin həmin vaxt həmin ərazidə hərəkəti tənzimləmədiyi vaxt ola bilər. 

Bir məqamı qeyd edim ki, bu gün pik saatlarında əsas əhəmiyyətli yol birləşmələrində sıxlıq bir neçə polis nəfərinin köməyi ilə aradan qaldırılır. İdealda isə belə yerlərdə bir polisin olması kifayətdir. Amma nə etmək olar? Məhz güclü nəzarətin, təbliğatın və yüksək cərimələrin sayəsində yollarda qayda-qanun yaratmağa nail ola bilərik. Köməyimizə gələn başqa bir məqam da var. Bu gün küçələrdə hər tərəfə nəzarət etmək qabiliyyətinə malik, günün istənilən saatında təhlükəsizliyin təmin edilməsi məqsədilə müşahidə edilməsi mümkün olan videokameraların, sürət radarlarının quraşdırılması da müsbət nəticə verir. Əvvəllər sürücülər yol polisinin olmadığını görüb istədikləri kimi hərəkət edirldilərsə, indi yol polisi olmasa belə kameraya görə bunu etməkdən çəkinirlər. 


- Cəmiyyətdəki bir sıra problemlərin həllində ictimai qınağın da köməyi olur. Yol hərəkəti qaydalarını pozulmasına bu məqam nə dərəcədə rol oynaya bilir? 


- Əlbəttə, ictimai qınağın bu işdə rolu böyükdür. Bir vaxtlar qırmızı işıqda yolu keçənlərə qəhrəman kimi baxırıdlarsa, indi ətrafdakılar bu hərəkəti tərbiyəsizlik kimi qiymətləndirirlər. Yaponiyada qırmızı işıqda hərəkət etmək sui-qəsd kimi qiymətləndirilir və buna görə ağır cəza verilir. Dünya ölkələri ilə müqayisədə biz bu məsələdə daha humanistik. Məsələn, bizdə svetaforun qırmızı işığında gərək il ərzində altı dəfə hərəkət edəsən ki, müvafiq balı yığıb sürücülk hüququndan məhrum ediləsən. Digər məqam, sürücünün törətdiyi xəta ilə bağlı yol polisi tərəfindən inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib edilir. Protokolda cərimə məbləği öz əksini tapır. Sürücü həmin cərimə məbləğini ilk beş iş günü müddətində ödəyirsə, kompyuter sürücüyə avtomatik olaraq on faiz güzəşt tətbiq edir. Başqa bir humanistli - sürücü təyin edilmiş cərimə məbləğini ilk beş iş günün ərzində ödəyə bilmədikdə ona bir ay vaxt verilir ki, cəriməni qeyd edildiyi məbləğdə ödəsin. Bunu da etmədikdə hər günə bir faiz dəbbə pulu hesablanır. Yalnız üç ayının tamamında avtomobil cərimə meydançasına aparılır. Həmin cərimə faizi ilə birlikdə ödəndikdən sonra sürücünün sürücülük hüququnun bərpası məsələsinə baxılır. Dövlət bundan artıq necə humanistlik göstərə bilər?! Gəlin, yaradılmış bu imkanlardan sui-istifadə etməyək, qanunlara hörmətlə yanaşaq.


- Vaqif müəllim, məsələ ilə bağlı regionlarımızda vəziyyət necədir?


- Bu baxımdan bölgələrimizdə vəziyyət olduqca ürəkaçandır. Regionlarda o qədər təbliğat işləri aparılıb ki, bu gün ucqar bir kənddə yol polisinin, kameranın, radarın olmadığı yerdə belə maşına əyləşən sürücü ilk növbədə kəmərini bağlayır. Paytaxtda isə sürücülər görüntü naminə kəməri taxırlar. Bəziləri sadəcə avtomobilin xəbərdarlıq siqnalını kəsmək üçün bunu edir. Bunun nəticəsidir ki, bu gün hər 260 yol hadisəsindən 70-i ölümlə, 121-i xəsarətlə nəticələnir. Təhlil edəndə görürük ki, 30-35 faiz təhlükəsizlik kəmərlərindən düzgün istifadə edilməməyin nəticəsidir. Məlumat üçün bildirim ki, nəqliyyat vasitəsi toxunarkən ətalət qüvvəsi yaranır. Yaranmış ətalət qüvvəsindən avtomobilin salonundakı hər şəxs irəli itələnir. Başqa sözlə desək, müvazinətini itirir. Kəmər məhz bundan ötrüdür. Bizim sürüclər isə bunu hələ də dərk etmək istəmirlər. Mentalitetimizlə bağlı təhlükəli vərdişlərdən yaxa qurtarmalıyıq. Bunu polisə, radara, kameraya görə yox, özümüzə görə etməliyik. Bu gün hər kəs ancaq tələb edir. Amma hər şeyi yol polisinin üstünə atmaq da olmaz. Axı sən öz sağlamlığının, həyatının qeydinə qalmırsansa, yol polisi nə edə bilər?! 


Müsahibəni apardı

İskəndər Quliyev

Опубликовано: 25 Июнь, 2015 15:11 | Просмотров: 1309 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo